"Real"dan iki rekord qazanc - kommersiya və biletlərin gəlirlərinə görə

00:34 - 27 Fevral 2026

"Real" 2025-ci maliyyə ilində iki rekord qırıb.

Sportal.az xəbər verir ki, Madrid klubunun ümumi kommersiya gəlirləri 568 milyon avroya çatıb. Bu, 500 milyon həddini keçən ilk klubdur.

Kommersiya gəlirləri üzrə top-10 klub:

"Real" - 568 milyon

"Mançester Siti" – 426 milyon

"Bavariya" – 402 milyon

"Mançester Yunayted" – 384 milyon

"Liverpul" – 382 milyon

PSJ – 349 milyon

"Arsenal" – 313 milyon

"Tottenhem" – 298 milyon

"Borussiya Dortmund" – 237 milyon

"Real" həmçinin tarixdə ilk klub olub ki, oyunların keçirilməsindən 200 milyon avrodan çox gəlir əldə edib. Bilet satışından gəlir 222 milyon avroya çatıb.

Bilet satışından gəlir üzrə 2025-ci maliyyə ilində top-10:

"Real" - 222 milyon

"Arsenal" – 183 milyon

PSJ – 175 milyon

"Mançester Yunayted" – 155 milyon

"Tottenhem" – 150 milyon

"Barselona" – 150 milyon

"Bavariya" – 147 milyon

"Liverpul" – 138 milyon

"Çelsi" – 105 milyon

"İnter" – 93 milyon

Xəbər xətti