Çempionlar Liqası: "Qarabağ"ın bir futbolçusu 3-cü, digəri 2-ci pillədədir

10:34 - 26 Fevral 2026

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra "Qarabağ" turnirin ən çox seyv edən komandaları arasındadır.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin qapıçısının 45 seyvi var və ümumilikdə dördüncü yerdədir. Bu isə "Brügge" ilə eyni göstəricidir. Norveçin "Bodo-Glimt" (56) komandası liderlik edir, ardınca “Real” (53) və iştirakını başa vurmuş "Kayrat" (47) komandaları gəlir.

Lakin, bütün bu seyvləri edən "Qarabağ"ın qapıçısı Mateuş Koçalski bu kateqoriyada üçüncü yerdədir. Onu “Bodo-Qlimt"in qapıçısı Nikita Haykin (56) və “Real”dan Tibo Kurtua (48) qabaqlayır.

Bundan əlavə, "Qarabağ”ın müdafiəçisi Kevin Medina topu geri qazanma göstəricisinə görə (74) 2-ci yerə yüksəlib. Bu göstəricidə ən yaxşısı “Atletik”nun müdafiəçisi Aytor Paredes (77), üçüncüsü isə "Atalanta"nın müdafiəçisi Odilon Kossunudur (73).

Xəbər xətti