"İnter" "Real"dan 80 milyon avro tələb edir

19:23 - 25 Fevral 2026

"İnter"in yarımmüdafiəçisi Nikolo Barella karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Real" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Kral klubu" Barellanı yayda heyətinə qatmağa çalışacaq. İtaliya klubu 29 yaşlı orta xətt oyunçusu üçün 80 milyon avro tələb edir.

Qeyd edək ki, "İnter" Nikolo Barellanı 2020-ci ilin yayında "Kalyari"dən 32 milyon avroya transfer edib. İtaliya millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.

Xəbər xətti