"Milan" yarımmüdafiəçi Ruben Loftus-Çikin təxminən 8 həftə meydanlardan kənarda qalacağını açıqlayıb.
Sportal.az xəbər verir ki, Seria A-nın 26-cı turunda “Parma” ilə oyunun (0:1) 8-ci dəqiqəsində Loftus-Çik cərimə meydançasına edilən ötürmədən sonra topu yumruqla uzaqlaşdıran “Parma”nın qapıçısı Edoardo Corvi ilə toqquşub. İngiltərəli futbolçu yerə yıxılıb, boynu sabitlənərək xərəkdə meydandan çıxarılıb. Daha sonra onda üst çənənin dişləri daşıyan hissəsi – alveolyar çıxıntının sınığı aşkarlanıb.
Klubun yaydığı məlumata görə, futbolçu əməliyyat olunub, cərrahi müdaxilə uğurla keçib. Loftus-Çik artıq xəstəxanadan buraxılıb və vəziyyəti yaxşıdır. Təxmini bərpa müddəti 8 həftədir.
saytlarin hazirlanmasi
