Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, cavab oyunlarında rəmzi ilk gedişi Gənclər və İdman Naziri Fərid Qayıbov edib.
Şəhriyar Məmmədyarov - Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub. Ağ fiqurlarla çıxış edən Məhəmməd Muradlı gərgin görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qələbə qazanan Məhəmməd Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.
Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.
saytlarin hazirlanmasi
