Real Madridin mərkəz müdafiəçisi Din Heysen zədə alıb. Madrid klubu futbolçunun sağ ayağının baldır əzələsində əzələ zədəsi diaqnozu qoyulduğunu açıqlayıb. “Real” bərpa müddətini rəsmi olaraq bildirməyib.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, müdafiəçi “Osasuna” ilə oyun ərəfəsində narahatlıq səbəbindən məşq etməyib və Pamplonadakı İspaniya çempionatı matçını buraxacaq. Bununla belə, klub futbolçunun Çempionlar Liqasında “Benfika”ya qarşı cavab oyununa qədər sağalacağına ümid edir.
Qeyd edək ki, Heysenin zədəsi ciddi deyil və o, 5–7 gün meydanlardan kənarda qalacaq.
saytlarin hazirlanmasi
