"Qarabağ"a görə bu klubların təklifindən imtina etdi

15:22 - 20 Fevral 2026

"Qarabağ"ın yeni transferi Qnali karyerasını fərqli ölkədə davam etdirməyə yaxın olub.

Sportal.az saytına verilən məlumata görə, müdafiəçiyə Yunanıstanın “Atromitos” və "Asteras" klublarından rəsmi təklif gəlib.

Ona yunanlarla yanaşı, daha bir neçə klub maraq göstərsə də, Qnali sonda “Qarabağ”a keçidə üstünlük verib.

23 yaşlı sol cinah müdafiəçisinin Ağdam klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Konqolu futbolçu “Metz”B, “Tarazona”, “Melilla”, AEK(Larnaka) klublarında çıxış edib.

Xəbər xətti