"Arsenal" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - RƏSMİ

19:25 - 19 Fevral 2026

İngiltərənin "Arsenal" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, London təmsilçisi Bukayo Sakanın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə millisinin üzvü ilə uzunmüddətli müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, Bukayo Saka "Arsenal"In yetirməsidir. 24 yaşlı vinger bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 34 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti