"Qalatasaray"ın futbolçusu Premyer Liqa klubunun hədəfində

20:19 - 17 Fevral 2026

"Qalatasaray"ın futbolçusu Roland Şallai karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Brentford" macarıstanlı sağ cinah müdafiəçisini transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Premyer Liqa təmsilçisi hücumun cinahlarında da oynamağı bacaran 28 yaşlı oyunçunu yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Qalatasaray" Roland Şallaini 2023-cü ilin yayında "Auqsburq"dən 6 milyon avroya transfer edib. Macarıstan millisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti