Futbol üzrə Azərbaycan I Liqasında XV turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün MOİK Binə qəsəbə stadionunda "Səbail"i qəbul edib. Qarşılaşma "hərbçilər"in minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 18-ə yüksəldən MOİK turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 26 xalı olan "Səbail" isə 3-cü yerdədir.
MOİK - "Səbail" 1:0
Qol: B.Soltanov, 33
