"Real" və Mərakeş millisinin üzvü Brahim Diaz karyerasını Fransada davam etdirməyə yaxındır.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi PSJ-yə keçə bilər.
O, Fransa nəhəngi ilə danışıq aparır. Brahimin "Real"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Mərakeşli futbolçu “Mançester Siti”, “Milan” klublarında da çıxış edib.
