UEFA Millətlər Liqasının D2 qrupunun Litva və Azərbaycan arasında keçiriləcək açılış matçının keçiriləcəyi yer müəyyənləşib.
Sportal.az xəbər verir ki, qarşılaşma Litvanın ikinci ən böyük şəhəri Kaunasda, “Darius i Girėnas” adlanan stadionunda keçiriləcək.
Matç sentyabrın 27-də keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Əlavə edək ki, millimizin bu qrupda digər rəqibi isə Lixtenşteyndir.
