"Yuventus" ona yeni müqavilə təklif etdi

14:22 - 15 Fevral 2026

"Yuventus" Veston Makkenini buraxmaq niyyətində deyil.

Sportal.az "Tuttomercato"ya istinadən xəbər verir ki, "qoca sinyora" yarımmüdafiəçiyə yeni müqavilə təklif edib.

Klub maliyyə məsələsində Makennini razı salarsa, müqavilə müddəti artırılacaq.

O, 2026-cı il iyunun 30-na qədər "Yuventus"a məxsusdur. ABŞ-dan olan futbolçu əvvəllər "Şalke", "Lids" klublarında da oynayıb.

Xəbər xətti