"Mançester Yunayted"in baş məşqçisi ən yaxşı seçildi

17:14 - 13 Fevral 2026

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted"i çalışdıran Maykl Kerrik ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

45 yaşlı mütəxəssisin rəhbərlik etdiyi kollektiv yanvarda Premyer Liqada keçirildiyi hər iki oyunda qələbə qazanıb. "Qırmızı şeytanlar" "Mançester Siti" və "Arsenal"a qalib gəlib.

Xəbər xətti