İngiltərənin "Nottingem Forest" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Vitor Pereyra ilə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Qırmızılar" portuqaliyalı mütəxəssisin təyinatını qısa zaman ərzində açıqlayacaq.
Qeyd edək ki, Vitor Pereyra bir vaxtlar "Fənərbaxça"nın baş məşqçisi vəzifəsində çalışıb. Onun yeni klubunda ilk rəsmi matçı məhz İstanbul nəhənginə qarşı olacaq. Belə ki, "Nottingem Forest"lə "Fənərbaxça" UEFA Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcəklər.
saytlarin hazirlanmasi
