"Liverpul"un ulduzu "Real"ın hədəfində

14:24 - 14 Fevral 2026

"Liverpul"un liderlərindən olan Dominik Soboslai karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Real" macarıstanlı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Soboslai "Liverpul"un yeni müqavilə təklifini hələ ki qəbul etməyib. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi klubla maaş məsələsində anlaşa bilməyib.

"Real" bu vəziyyətdən öz xeyrinə istifadə etməyi planlaşdırır. "Kral klubu" oyunçuya daha çox maaş təklif edəcək.

"Real"ın "Liverpul"a göndərəcəyi təklif də məlumdur. Madrid təmsilçisi qarşı tərəfə 30 milyon avro və Eduardo Kamavinqanı təklif edəcək.

Qeyd edək ki, Dominik Soboslai bu mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 34 rəsmi matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Macarıstan millisinin üzvünün klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Xəbər xətti