"Əl-İttihad" "Fənərbaxça"ya keçən Nqolo Kanteyə əvəzləyici tapıb.
Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu "Real"da çıxış edən Eduardo Kamavinqanı transfer etmək istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Əl-İttihad" fransalı yarımmüdafiəçini yayda heyətinə qatmağa çalışacaq. Ərəblər 23 yaşlı futbolçunu heyətinə qatmaq üçün böyük maliyyə paketi hazırlayır.
Qeyd edək ki, "Real" Eduardo Kamavinqanı 2021-ci ilin yayında "Renn"dən 31 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
