"Tottenhem" xorvatiyalı məşqçi ilə anlaşdı

19:59 - 13 Fevral 2026

Tomas Frankla yollarını ayıran "Tottenhem"in yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İqor Tudorla anlaşıb. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

Xorvatiyalı mütəxəssis London klubunun təklifini qəbul edib. 47 yaşlı məşqçi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, İqor Tudorun son iş yeri "Yuventus" olub.

Xəbər xətti