"Sabah" iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

14:35 - 13 Fevral 2026

“Sabah” iki futbolçusu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, qapıçı Rüstəm Samiqullin və hücumçu Camal Cəfərov Masazır təmsilçisini tərk edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub hər iki futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, Camal Cəfərovla Rüstəm Samiqullin 2020-ci ilin yayından "Sabah"da çıxış edirdilər.

Xəbər xətti