Millimizin üzvü oynadı, komandası PSV-ni məğlub etdi

10:22 - 14 Fevral 2026

Niderland Erediviziyasında mövsümünün 23-cü turu başlayıb.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün formasını geyindiyi “Volendam” liqanın lideri PSV ilə qarşılaşıb.

Matç ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Kökçü meydana start heyətində çıxıb və 84-cü dəqiqədə əvəzləndi.

“Volendam” hazırda 24 xalla 14-cü pillədədir.

Xəbər xətti