Bu gün günorta saatlarından etibarən Bakıda Azərbaycan təmsilçisi “Qarabağ” ilə İngiltərənin “Nyukasl” klubu arasında keçiriləcək Çempionlar Liqasının ilk pley-off oyunu üçün biletlər satışa çıxarılıb.
Sportal.az xəbər verir ki, hazırda tutumu 31 mindən bir qədər çox olan Tofiq Bəhramov adına Respublika stadionu üçün 18 750 bilet satılıb.
Biletlərin qiyməti sektordan asılı olaraq 10, 15, 25, 35, 40, 50, 75, 200, 250, 300, 400 və 1000 manat təşkil edir. Onları yalnız onlayn şəkildə iTicket.az saytında və mobil tətbiqində əldə etmək mümkündür.
Bilet alarkən çətinlik yaranarsa, azarkeşlər iTicket.az satış məntəqələrinə, Park Bulvar Ticarət Mərkəzində yerləşən klubun fan-şopuna və Tofiq Bəhramov stadionunun kassalarına müraciət edə bilərlər. Oyuna giriş yalnız QR-bilet vasitəsilə mümkün olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” oyunu fevralın 18-də qeyd olunan arenada keçiriləcək və saat 21:45-də başlayacaq.
saytlarin hazirlanmasi
