"Nərimanın MLS klubuna keçəcəyini gözləmirdim, istəyərdim ki, Avropaya getsin"

20:35 - 15 Fevral 2026

"Qarabağ" və Azərbaycan milli komandasının sabiq futbolçusu Rahid Əmirquliyev Sportal.az saytına açıqlama verib.

O, millimizin forvardı Nəriman Axundzadənin ABŞ-nin “Kolumbus Kryu” klubuna keçidinə şərh verib. 

Əmirquliyevin fikrincə, Axundzadə özünü MLS-də yaxşı tərəfdən göstərə bilər:

"Nərimanın MLS klubuna keçəcəyini gözləmirdim. Düzü, istəyərdim ki, Nəriman Avropaya getsin, orada aparıcı klublarda oynasın. Tək onu demirəm, azərbaycanlı digər futbolçuların da Avropaya gedib, bizi orada təmsil etmələrini istəyərdim. Doğrudur, MLS də zəif çempionat deyil. İnanıram ki, Nəriman özünü orada sübut edib, daha yaxşı liqalara keçə bilər. Ona uğurlar arzu edirəm. Ümidvaram ki, hər şey istədiyi kimi alınacaq".

Mirbağırağa
 

Xəbər xətti