İspan futbolçu "Qarabağ"dan ayrılacaq? - TƏKLİFLƏR VAR

17:35 - 15 Fevral 2026

Son vaxtlarda “Qarabağ”ın aparıcı futbolçusuna çevrilmiş Joni Montielin Azərbaycanı tərk etmək variantı yaranıb.

Sportal.az saytına verilən məlumata görə, ispan futbolçuya bir çox ölkələrin klublarından təkliflər gəlib.

Montielin Çin,Türkiyə və Bolqarıstan klublarından təklifləri var. Ona ən çox maraq göstərənlər Polşanın “Rakov”, “Lex” klublarıdır.

Hazırda ispan yarımmüdafiəçini heyətinə qatmaq istəyən klubların sayı çoxdur. Montielin isə bu təkliflər qarşısında hansı qərarı verəcəyi dəqiq deyil.

Əslində, “Qarabağ” onu buraxsa belə, yüksək təzminat tələb edə bilər. Məsələ burasındadır ki, Joninin Ağdam klubu ilə müqavilə müddəti 2+2 illikdir. 

Lakin ispan futbolçunun özü də mövsümün sonuna qədər "Qarabağ"da qalmağı planlaşdırır.
 

Xəbər xətti