İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə imzaladı - FOTO

12:49 - 17 Fevral 2026

İspaniyanın 3-cü liqa təmsilçisi "Kazaleqas" azərbaycanlı futbolçunu heyətinə qatıb. 

Sportal.az saytına verilən məlumata görə, ispanlar Hüseyn Əhmədovla anlaşıb.

2007-ci il təvəllüdlü sağ cinah müdafiəçisi üçüncü liqa klubu ilə 1 illik müqaviləyə qol çəkib.   

Qeyd edək ki, Əhmədov son olaraq II Liqa təmsilçisi olan "Dinamo"da (Bakı) çıxış edib.

Əlavə edək ki, "Kazaleqas" İspaniya 3-cü liqasında 22 turdan sonra 12 xalla 18 komanda arasında 17-ci pillədədir.

Xəbər xətti