"Qalatasaray" "Yuventus" matçına ciddi itki ilə çıxacaq

15:33 - 16 Fevral 2026

"Qalatasaray" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Yuventus"u qəbul edəcək.

Sportal.az xəbər verir ki, Mario Lemina vacib matçda komandaya kömək edə bilməyəcək. Bu barədə baş məşqçi Okan Buruk məlumat verib.

Qabonlu yarımmüdafiəçi zədəlidir. 32 yaşlı futbolçu cavab görüşünə kimi hazır olacaq.

Mario Lemina bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" qarşılaşması 17 fevral tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Xəbər xətti