"Real"dan qovulan yox, özüm gedən məşqçilərdən biriyəm"

22:13 - 16 Fevral 2026

Baş məşqçi Jose Mourinho “Real"la oyun ərəfəsində Madrid klubundan ayrılığını xatırlayıb.

Sportal.az xəbər verir ki, o bildirib ki, son dəfə Florentino Perez ilə “Benfika” ilə müqavilə imzalayanda danışıb və prezident onu təbrik edib:

“Ümid edirəm ki, sabah oyuna gələcək. Aramızda çox yaxşı münasibət var, bunu gizlətməyə ehtiyac yoxdur. Gedəndə prezident və Xose Anxel dedilər ki, mən yaxşı və rahat dövr başlayanda ayrılıram və ağır işi artıq görmüşəm. Amma düşündüm ki, vaxtıdır, çünki ailəm birinci yerdədir. Əvvəlcə asan olmadı, amma sonradan baş verənlər mənim yox, yanımda olan insanların xidmətidir.

Yəqin ki, "Real"dan öz istəyi ilə ayrılan azsaylı məşqçilərdən biriyəm. Əgər öz qərarınla gedirsənsə, vicdanın rahat olur”. – deyə Mourinyo bildirib.

Xəbər xətti