"Beşiktaş"da ciddi itki - 1 ay oynamayacaq

17:59 - 16 Fevral 2026

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi baş verib.

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin aparıcı üzvlərindən olan El Bilal Ture sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Malili vinger Super Liqanın 22-ci turunun "Başakşehir"lə səfər matçında (3:2) zədələnib. Turenin sol ayaq əzələsində qanaxma və yırtıq aşkarlanıb.

24 yaşlı futbolçunun təxminın 1 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal oyunur. 

Qeyd edək ki, "Beşikatş" El Bilal Tureni mövsümün əvvəlində "Atalanta"dan icarəyə götürüb. Mali millisinin üzvü bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 6 qol və 5 məhsuldar ilə yadda qalıb.

Xəbər xətti