“Real"ın vingeri Vinisius Junior Kilian Mbappeni Madrid klubuna necə çağırdığını xatırlayıb.
Sportal.az xəbər verir ki, o, həmçinin Mbappe, Eduardo Kamavinqa və Ferland Mendi ilə münasibətlərindən də danışıb:
“Demək olar ki, hər yay Mbappeyə yazırdım: "Nə vaxt gəlirsən?" Özümü agent kimi aparırdım. Eyni şeyi Cud Bellinqemlə də etmişəm. Mən ən yaxşılarla oynamaq istəyirəm ki, qalib gəlmək şansımız daha çox olsun. Biz ailəmizdən daha çox vaxtı bir yerdə keçiririk. Ona görə də aramızda yaxşı münasibət olmalıdır”. – deyə Vinisius söyləyib.
saytlarin hazirlanmasi
