"Mançester Yunayted" “Barselona”ya Markus Reşfordu əvvəl razılaşdırılmış məbləğdən daha ucuz satmaq niyyətində deyil.
Sportal.az ESPN-ə istinadən xəbər verir ki, "mankunianlılar" icarədə olan hücumçunun satınalma məbləğinin azaldılması ilə bağlı danışıqlar aparmağı planlaşdırmır. Müqaviləyə əsasən, ingilis futbolçunu 30–35 milyon avroya transfer etmək mümkündür.
Qeyd edək ki, Reşfordun özü isə Kataloniya klubunda qalmaq istəyir. O, “Barselona”nın heyətində bütün turnirlərdə 34 oyunda 10 qol vurub.
saytlarin hazirlanmasi
