"Qarabağ"ın futbolçusu Kris Kuaku mövsümün sonunda komandadan ayrıla bilər.
Sportal.az saytına verilən məlumata görə, Ağdam klubu yarımmüdafiəçisini Türkiyə I Liqasında yarışan klublardan birinə icarəyə verə bilər.
Fil dişi sahilindən olan futbolçunun yayda onunla maraqlanan klublardan birinə icarəyə göndəriləcəyi gözlənilir.
Kuakunun “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
O, 2025-ci ildən Ağdam klubunda oynayır. Bundan əvvəl isə Kris “Sfaksen”, “Midtyülland”, “Mafra” komandalarında çıxış etmişdi.
