"Fənərbaxça" "Barselona"da oynamış futbolçu üçün danışıqlara başladı

15:22 - 17 Fevral 2026

"Korintians"ın futbolçusu Memfis Depay Avropaya geri qayıda bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçuya “Fənərbaxça”dan təklif gəlib.

Niderlandlı isə tez qərar verməyə tələsmir. Çünki onu “Əl-Əhli”, “Əl-Şabab”(hər ikisi Səudiyyə Ərəbistanı), “Əl-Vasl”(BƏƏ) klublarından dəvəti var.

"Fənərbaxça" onun keçidini həll etmək üçün indidən danışıqlara start verib.

O, karyerası ərzində PSV, “Mançester Yunayted”, “Lion”, “Barselona” və “Atletiko” klublarında çıxış edib.

Xəbər xətti