Qazaxıstan klubu "Neftçi"nin forvardını istəyir? - DƏQİQLƏŞDİ

12:22 - 17 Fevral 2026

Qazaxıstanın "Aktobe" klubunun "Neftçi"nin hücumçusu Vensan Abubakarı transfer etmək istəməsi haqda çıxan xəbərlərin doğru olub-olmadığı bəlli olub.

Sportal.az “ASnews.kz” portalına istinadən xəbər verir ki, Qazaxıstan klubunun kamerunlu forvardı hücum xəttini gücləndirmək üçün seçim kimi nəzərdən keçirmədiyi bəlli olub.

Yüksək liqa təmsilçisinin Abubakarla yox, başqa tanınmış hücumçularla maraqlandığı iddia edilib.

Xatırladaq ki, 34 yaşlı hücumçunun "Neftçi" ilə bu mövsümün sonuna qədər müqaviləsi var.

Xəbər xətti