Rusiya mətbuatı Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarını müzakirə edərkən, “Qarabağ” və "Nyukasl" komandası arasında Bakıda keçiriləcək oyuna da toxunub.
Sportal.az xəbər verir ki, “Çempionat.com” portalı Ağdam klubu barədə bunları yazıb:
"Qarabağ" öz tarixində (və bütövlükdə Azərbaycan futbolunun tarixində) ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Dərhal da Qurban Qurbanovun komandasının qarşısına püşkatmada “Nyukasl” çıxdı. Azərbaycan klubunu "Sent-Ceyms Park"da çətin sınaq gözləyir. Hələlik ev sahibi komandanın azarkeşləri Eddi Hounun kollektivinə cəhənnəm əzabı verməlidirlər. Təbii ki, "Qarabağ" oyunçuları mövsümün ən yaxşı oyununu oynamalıdırlar. Yalnız bundan sonra onlar Nyukasl-apon-Tayn səfərindən əvvəl 1/8 finala yüksəlmək şanslarını qoruyub saxlayacaqlar".
Xatırladaq ki, "Qarabağ" - "Nyukasl" matçı Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.
saytlarin hazirlanmasi
