Braziliyalı müdafiəçi "Borussiya"ya keçir

20:52 - 18 Fevral 2026

"Kruzeyro"nun müdafiəçisi Kaua Prates karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Borussiya" braziliyalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Prates tibbi müayinədən keçmək üçün Almaniyaya yollanıb. "Borussiya" 17 yaşlı sol cinah müdafiəçisi üçün Braziliya klubuna 7+5 milyon avro təzminat ödəyəcək. Gənc oyunçu yayda yeni komandasına qoşulacaq.

Qeyd edək ki, Kaua Prates "Kruzeyro"nun yetirməsidir. Braziliya U17 millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti