"Zirə" Yeqor Boqomolskini "Ural"a icarəyə verib. Sportal.az saytının əldə etdiyi məlumata görə, Premyer Liqa klubu belaruslunun icarəyə verilməsindən gəlir əldə edib.
Belə ki, bu icarəyə görə "Ural" "Zirə"yə 150 min manata yaxın təzminat ödəyib.
Məhz bundan sonra Azərbaycan klubu onun Rusiyaya yollanmasına razı olub.
Qeyd edək ki, "Zirə" bundan əvvəl Salifu Summanın "Malmö"yə keçidindən, ondan əvvəl isə Rafael Utziqin Vyetnamın "Çonq An" klubuna icarəyə verilməsindən müəyyən məbləğ əldə etmişdi.
saytlarin hazirlanmasi
