Azərbaycanın mövqeyi dəyişdi- UEFA reytinqi

09:47 - 20 Fevral 2026

Avropa klub yarışlarının son oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyini dəyişib.

Sportal.az xəbər verir ki, Konfrans Liqası və Avropa Liqasında dünən keçirilən oyunlardan sonra Azərbaycan 26-cı yerdən (22.937 xal) 27-ci yerə düşüb.

Azərbaycan Avropa mövsümünə 17.125 xalla başlamışdı.

Qeyd edək ki, hazırda Azərbaycanı Avropada yalnız "Qarabağ" təmsil edir.

Xəbər xətti