18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün üçüncü oyuna çıxacaq.
Sportal.az xəbər verir ki, B qrupunda yer alan millimiz Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçiriləcək qrupun son görüşü Bakı vaxtı ilə saat 16:40-da başlanacaq.
saytlarin hazirlanmasi
