"İnter"in kapitanı zədələndi

17:59 - 20 Fevral 2026

İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Milan təmsilçisinin kapitanı Lautaro Martines sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentinalı hücumçu UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Budo Qlimt"lə Norveçdə keçirilən ilk matçında (1:3) zədələnib. Martinesin baldır əzələsində dartılma aşkarlanıb.

"Sky Sports" televiziyasının məlumatına görə, 28 yaşlı forvard təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "İnter" Lautaro Martinesi 2018-ci ilin yayında "Rasinq"dən 25 milyon avroya transfer edib. Argentina millisinin üzvü bu mövsüm A Seriyası nəhənginin heyətində meydana çıxdığı 35 rəsmi matçda 18 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti