"Zirə"nin heyətində 100-cü matçını keçirdi

11:34 - 23 Fevral 2026

Azərbaycan Premyer Liqasının 21-ci turunun “Turan Tovuz”la oyunu “Zirə”nin futbolçusu Davit Volkov üçün yubiley xarakteri daşıyıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, o, Bakı klubunun heyətində 100-cü çempionat matçını keçirib.

Gürcüstanlı hücumçu bu qarşılaşmalarda 36 qol vurub. Volkov Premyer Liqada “Zirə”nin formasında ilk oyununu 2020-ci il fevralın 1-də “Sabah”a qarşı (2:0) keçirib.

Davit Volkov “Qəbələ” və “Sabah”da da çıxış edib.

Xəbər xətti