Futbol üzrə Azərbaycan II Liqasında XV turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Araz Saatlı" öz meydanında "Şirvan"ı qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 26-ya yüksəldən "Şirvan" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 4 xalı olan "Araz Saatlı" isə sonuncu yerdədir.
"Araz Saatlı" - "Şirvan" 1:2
Qollar: X.Bədirov - X.Bədirov, 42 (avtoqol), Ü.Quliyev, 89 (pen)
Qırmızı vərəqə: E.Rəsulov, 90+2 ("Şirvan")
