AFFA nümayəndələri Tiranaya yollandı

13:55 - 25 Fevral 2026

24-25 fevral tarixlərində Albaniyanın paytaxtı Tiranada UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda regional seminar keçirilib.

Sportal.az xəbər verir ki, seminarda AFFA-nın Lisenziya və Qeydiyyat departamentinin əməkdaşları – departamentin rəisi Seymur Səlimli, Lisenziya şöbəsinin baş mütəxəssisi Aynur Abdullayeva və aparıcı mütəxəssisi Nərmin Sidaliyeva iştirak ediblər. Seminar zamanı aşağıdakı mövzular müzakirə olunub:

- UEFA-nın çoxklublu mülkiyyət tələbləri və onların tətbiqi
- Avropa Futbol mühiti
- Yerli maliyyə monitorinqi
- Hüquqi qrup strukturu və hesabat perimetri
- UEFA həmrəylik mexanizmi və klub lisenziyalaşdırılması

Xəbər xətti