UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən "Nyukasl" - "Qarabağ" görüşündə vurduğu qolla Kamilo Duran diqqətləri öz üzərinə çəkib.
Sportal.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) istinadən xəbər verir ki, Azərbaycan çempionunun hücumçusu Kamilo Duran ÇL-də bir mövsümə 5 qol vurmuş ikinci kolumbiyalı kimi tarixə keçib.
Ondan əvvəl bunu Radamel Falkao etmişdi.
Təcrübəli forvard 2016/2017 mövsümündə "Monako"nun heyətində 5 qol vurmağı bacarmışdı.
saytlarin hazirlanmasi
