“Real”ın futbolçusu Brahim Diaz mövsümün sonunda icarəyə yollana bilər.
Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, ona PSJ-dən sonra daha bir klub təklif göndərib.
Söhbət “İnter”dən gedir. “Nerazzura” Mərakeş millisinin üzvünə bir illik icarə müqaviləsi təklif edib.
26 yaşlı futbolçu hələ ki qəti qərarını verməyib. “Malaqa”nın yetirməsi olan Diaz “Mançester Siti”, “Milan” klublarında çıxış edib.
Brahimin "Real"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
