"Xankəndi"ni lider edən qələbə - VİDEO

20:24 - 24 Fevral 2026

Futbol üzrə Azərbaycan II Liqasında XV turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, bu gün "Xankəndi" "Palms Sports" Futbol Mərkəzində "Qaradağ Lökbatan"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 42-yə yüksəldən "Xankəndi" liderliyi ələ keçirib. 39 xalı "Qaradağ Lökbatan" isə 2-ci yerdədir.

"Xankəndi" - "Qaradağ Lökbatan" 2:1
Qollar: 
E.Quliyev, 61, F.Abbaslı, 76 (avtoqol) - S.Allahquliyev, 16

Xəbər xətti