Bu gün Misli Premyer Liqasında 14-cü turdan təxirə salınan bir matç baş tutub.
Sportal.az xəbər verir ki, "Qəbələ" "Turan Tovuz"u qonaq edib.
Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Qəbələ" - "Turan Tovuz" görüşü dekabrda Qəbələdəki güclü duman səbəbindən təxirə salınmışdı.
14-cü turdan təxirə salınmış oyun
24 fevral
15:00 "Qəbələ"- "Turan Tovuz" 0:3
Qollar: Alexandro Serrano, 9, Filip Ozobiç, 18, Seydina Keyta, 46 (avtoqol)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu
