Lionel Messi uşaqlıqda ingilis dilini öyrənmədiyinə görə peşman olduğunu etiraf edib.
Sportal.az xəbər verir ki, Argentina millisinin hücumçusu öz açıqlamasında bunları qeyd edib:
“Bir çox şeyə görə peşmanam və bunu uşaqlarıma da deyirəm. Yaxşı təhsil almaq vacibdir. Elə vəziyyətlərdə olmuşam ki, inanılmaz insanlarla yanaşı idim, amma onlarla danışa bilmirdim. Həmişə düşünürdüm: ‘Mən nə qədər axmağam, vaxtımı nəyə sərf etmişəm?"
O vurğulayıb ki, futbol həyat tərzidir və insana dəyərlər, ömürlük əlaqələr, yeni yerlər görmək imkanı verir. “Biz zirvəyə çatdıq, hər şeyə nail olduq. Amma başqa bilik və təcrübələr də qazanmaq olar”, – deyə o əlavə edib.
Messi qeyd edib ki, futbol insanı tərbiyə edir və o, uşaqlarına mütləq təhsil almalarını tövsiyə edir. “Mən heç vaxt nəyinsə çatışmazlığını hiss etməmişəm, amma onların vəziyyəti fərqlidir – daha çox imkanları var. Uşaq olanda bunu anlamırsan. Bəzən özümü savadsız kimi hiss edirdim”, – deyə futbolçu bildirib.
saytlarin hazirlanmasi
