"Mançester Yunayted"in qapıçısı "Beşiktaş"a keçəcək

20:52 - 25 Fevral 2026

"Mançester Yunayted"in qapıçısı Altay Bayındır Super Liqaya qayıdacaq.

Sportal.az xəbər verir ki, "Beşiktaş" türkiyəli qolkiperin keçidini həll edib. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İngiltərə klubu "qara qartallar"ın 5 milyon avroluq təklifini qəbul edir. 27 yaşlı "əlcək sahibi" mövsüm başa çatdıqdan sonra istanbul nəhənginin düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, "Mançester Yunayted" Altay Bayındırı 2023-cü ilin yayında "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 6 rəsmi matçda 11 qol buraxıb.

Xəbər xətti