Futbol üzrə Azərbaycan I Liqasında XVI tura yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün "Şahdağ Qusar" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Zaqatala"nı qəbul edib. Qarşılaşma qusarlıların minimal hesablı qələbəsi ilə başa çatıb.
Ardıcıl 4-cü qələbəsini qazanan "Şahdağ Qusar" 24 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 21 xalı olan "Zaqatala" isə 6-cı yerdədir.
"Şahdağ Qusar" - "Zaqatala" 1:0
Qollar: A.Çipesse, 61
