Portuqaliya millisinin bəzi oyunçuları təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Meksika ilə yoldaşlıq oyununun planlaşdırıldığı kimi bu ölkədə keçirilməməsi barədə fikirlərini bildiriblər.
Sportal.az “The Touchline” portalına istinadən xəbər verir ki, martın 28-ə planlaşdırılmış görüşün baş tutub-tutmamayacağı hələ ki dəqiq deyil. Portuqaliyalı futbolçular Meksikaya yollanmaqistəmir.
Görüşün ən yaxşı halda Meksika əhalisinin çox olduğu ABŞ-a köçürülməsi ehtimalı nəzərdən keçirilir. Halbuki görüşün əvvəlcə Mexiko şəhərində təmir dən yeni çıxmış “Estadio Azteca” stadionunda keçirilməsi planlaşdırılırdı və hətta bir çox bilet də satılmışdı. Lakin ölkədəki iğtişaşlar planlara təsir göstərib.
Meksika bu yay ABŞ və Kanada ilə birlikdə dünya çempionatına ev sahibliyi edəcək. Bir gün əvvəl Meksika prezidenti ictimaiyyəti ölkənin turnirə ev sahibliyi etmək təhlükəsinin olmadığını açıqlamışdı.
saytlarin hazirlanmasi
