Azərbaycan millisinin İrlandiyaya qarşı yekun heyəti bəlli oldu

16:34 - 26 Fevral 2026

Azərbaycanın kişilərdən ibarət milli basketbol komandasının AVRO-2029-un seçmə mərhələsinin İrlandiya (27 fevral) və Şimali Makedoniya (2 mart) ilə oyunları üçün yekun heyəti müəyyənləşib.

Sportal.az xəbər verir ki, baş məşqçi Tahir Baxşıyev 12 oyunçunun xidmətindən istifadə edə biləcək:

Amil Həmzəyev (“Neftçi”), Emmanuel Aqbason, Endar Poladxanlı, Şirzad Şirzadov, Kamran Məmmədov (hamısı “Sabah”), Ulaş Turqut, Cəbrayıl Əkpərov (hər ikisi “Gəncə”), Elşad Şirzadov (“Ordu”), Vesli Van Beek (“Tenerife”, İspaniya), Derin Berkoz (NTD), Ercan Donat (“Şəki”) və Saadettin Donat (“Abşeron Lions”).


Xəbər xətti